“Regionun gələcəyi sülhdən asılıdır” – Zurabişvili

30.05.2022 - 18:32

Bu gün Ermənistan Prezidenti Vahaqn Xaçaturyan Gürcüstana səfər edib.

 

Cumhuriyyet.az xəbər verir ki, o, Tbilisidə gürcüstanlı həmkarı Solome Zurabişvili ilə görüşüb.

 

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Zurabişvili bildirib ki, regionun gələcəyi sülh şəraitindən asılıdır, sülh siyasi və ya iqtisadi inkişaf üçün yeni imkanlar açacaq.

 

“Ümid edirik ki, Ermənistan və Azərbaycan arasında danışıqlar uğurla davam etdiriləcək. Biz bu məsələdə Avropa İttifaqının iştirakını alqışlayırıq. Biz bilirik ki, regionda tam sülhün bərqərar olması bu danışıqların nəticələrindən, iqtisadi inkişaf və bu regionu narahat edən, ona gələcəkdə böyük perspektiv verən bütün yeni planlar sülhün bərqərar olmasından asılıdır”, – deyə Zurabişvili qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175920

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930