“Azərbaycan Qarabağı öz gücünə azad edib” – Binəli Yıldırım

16.06.2022 - 13:51

Qloballaşan təhdidlərə qarşı genişmiqyaslı mübarizənin aparılması çox vacibdir. Dünyada əmin-amanlıq, sabitlik, sülh və dayanıqlı inkişaf təhlükəsizliyin və rifahın təmin olunması ilə mümkündür.

Cumhuriyyet.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

B.Yıldırım çıxışında mötəbər beynəlxalq təşkilatların, xüsusilə BMT-nin fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.

O bildirib ki, İkinci Dünya müharibəsindən sonra yaradılan BMT müasir dövrün tələblərinə tam cavab verə və qlobal problemlərin sülh yolu ilə həlli üçün təsirli tədbir görə bilmir.

“Bunun bir çox nümunəsi var. Hörmətli Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ münaqişəsinin həlli ilə bağlı 26 il ərzində BMT, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar tərəfindən cəhd göstərilsə də, heç bir nəticə əldə olunmadı. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqları öz imkanı və gücü ilə azad etdi”.

“Qafqazı, Avropanı və Asiyanı sülh bölgəsinə çevirmək hamımızın hədəfi olmalıdır”, – deyən B.Yıldırım bildirib ki, Sovet İttifaqının dağılmasından sonra Cənub-Şərqi Avropada, Yaxın Şərqdə, Şimali Afrikada yaşanan proseslər, eləcə də Rusiya – Ukrayna münaqişəsi bütün imkanları sülhün təmin olunmasına cəlb edilməsinin vacibliyini göstərib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176884

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031