Balasanyan ruslardan azərbaycanlı jurnalistləri Qarabağa buraxmamağı tələb etdi

19.08.2022 - 13:59

Qarabağdakı separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Rusiya sülhməramlı kontingentinin komandirinə müraciət edib.

Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vitali Balasanyan general-mayor Andrey Volkovdan tələb edib ki, qondarma “DQR”in razılığı olmadan azərbaycanlı jurnalistlərin və digər ölkələrin media nümayəndələrinin sülhməramlı qüvvələrin məsuliyyət zonasına daxil olmasına icazə verilməsin.

Xatırladaq ki, ötən gün Azərbaycanda fəaliyyət göstərən Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev rusiyalı sülhməramlıların müşayiətilə Laçın şəhəri və Zabux kəndində olub.

Jurnalistin Laçından hazırladığı reportaj erməniləri qəzəbləndirib.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180931

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930