İlham Əliyev İtaliya Prezidenti ilə görüşüb

01.09.2022 - 17:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşü olub.

Cumhuriyyet.az xəbər verir ki, Romanın Kuirinale Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edildi.

Sonra birgə foto çəkdirildi.

Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan İtaliya Prezidenti Sercio Mattarella dedi:

– Cənab Prezident, Sizi burada – İtaliyada, Romada, Kuirinale Sarayında qəbul etməkdən şəxsən iftixar hissi duyuram. Xoş gəlmisiniz.

Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu səhər Siz Azərbaycan səfirliyinin yeni binasını açdınız. Bu, İtaliya ilə Azərbaycan arasında dostluq əlaqələrinin mühüm nümunəsidir.

Əlaqələrimizin strateji əhəmiyyətindən xəbər verən 2020-ci ildəki səfərdən sonra Sizi burada Kuirinale Sarayında yenidən qəbul etməkdən çox məmnunam və şərəf hissi duyuram. Bir daha xoş gəlmisiniz, cənab Prezident.

***

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

– Cənab Prezident, dəvətə və qonaqpərvərliyə görə Sizə minnətdaram. Mən son səfərimi də xatırlayıram və əldə edilmiş bütün razılaşmalar həyatda öz əksini tapır.

Biz keçən dəfə Sizinlə burada görüşəndə strateji tərəfdaşlığa dair mühüm sənəd imzalamışıq. Eyni zamanda, Azərbaycan-İtaliya Universitetinin yaradılması haqqında söhbət etmişik. Bu gün isə İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində önəmli addım atıldı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181314

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930