Azərbaycan ilə İtaliya arasında aktiv siyasi dialoq mövcuddur

02.09.2022 - 12:48

İtaliyaya budəfəki səfərim çox uğurlu keçdi. Bu səfər zamanı İtaliyanın Prezidenti və Baş naziri ilə görüşlər keçirdim. Bu görüşlərdə ölkələrimiz arasında sıx strateji tərəfdaşlıq münasibətləri ilə bağlı bir çox məsələləri müzakirə etdik.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirib.

 

İtaliya Prezidenti Sercio Mattarellanın dörd il əvvəl etdiyi rəsmi səfəri xatırladan dövlətimizin başçısı deyib ki, bu, ölkələrimiz arasında aktiv siyasi dialoqun olduğunu göstərir.

 

“Budəfəki görüşlərimiz zamanı biz ikitərəfli gündəliyimizə yeni və çox mühüm məsələlər əlavə etdik. Bunlardan biri də təhsil sahəsidir. Biz görüşlərimiz zamanı təkcə enerji məsələləri, iqtisadi inkişafla bağlı deyil, həmçinin təhsil məsələlərinə dair müzakirələr apardıq”, – deyə Prezident İlham Əliyev qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181365

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930