Moskva İrəvan və Bakı arasında danışıqlar APARIR

14.09.2022 - 13:39

Moskva üçtərəfli sazişlərin həyata keçirilməsində Bakı və İrəvana kömək etməkdə davam edəcək.

Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA Novosti agentliyinə müsahibəsində bildirib.

 

“Rusiya üçtərəfli razılaşmaların həyata keçirilməsi üçün Bakı və İrəvana bütün lazımi yardımı göstərməyə davam etməkdə qərarlıdır. Müvafiq idarələr və sülhməramlıların komandanlığı vasitəsilə ən yüksək səviyyələrdə bütün müvafiq təmaslar müntəzəm xarakter daşıyır”.

 

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti üçtərəfli görüşünün keçirilməsi ilə bağlı qərar qəbul olunarsa, Kremlin mətbuat xidməti vasitəsilə müvafiq açıqlama veriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181854

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930