XİN: ABŞ səfirliyini birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq

23.09.2022 - 21:50

“ABŞ-ın Ermənistandakı Səfirliyini birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq”.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ-ın Ermənistandakı Səfirliyinin 23 sentyabr 2022-ci il tarixli açıqlaması ilə bağlı şərhində bildirilir.

“Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin bu ilin 23 sentyabr tarixində ölkənin ictimai televiziyasına verdiyi birtərəfli və real vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur”, – açıqlamada deyilir.

XİN ABŞ səfirliyini bu kimi həssas məsələlərdə məsuliyyətli mövqe nümayiş etdirməyə çağırıb:

“Bu qəbildən olan yanaşma regionda sülh gündəliyinin irəli aparılmasına xidmət etmir, əksinə Ermənistandakı revanşist və separatist meylli dairələrin həvəslənməsinə və beləliklə də bölgədə gərginliyin artmasına səbəb olur. Eyni zamanda, bu kimi mövqe Ermənistan və Azərbaycan arasında normallaşma prosesində rol oynamağa çalışan ABŞ-ın neytrallığına və qərəzsizliyinə kölgə salır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182510

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930