“Paşinyan sülhə qol çəkməkdən qorxur, çünki onu “satqın, türk” adlandıracaqlar” – Ter-Petrosyan

27.09.2022 - 11:02

“Müxalifətin əksəriyyəti düşünür ki, Nikol Paşinyandan qurtula bilsələr, o zaman ağrılı qərarlardan qaçmaq mümkün olacaq, lakin bu sadəlövhlükdür”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində deyib.

“Hakimiyyətə kim gəlsə, eyni, bəlkə də daha pis sənədə imza atacaq. Birincisi, onların Ermənistandan nə istədiklərini anlamaq və ən az ağrılı həll yolunu seçmək lazımdır. Bunu isə yalnız Paşinyanla danışmaqla başa düşmək olar, çünki o, tam məlumatı olan yeganə şəxsdir. Üstəlik, Paşinyan da sənədi imzalamaqdan qorxur, çünki nəyə imza atır-atsın, onu “satqın, xain, türk” adlandıracaqlar”.

Ter-Petrosyan daha sonra sözlərinə bunları əlavə edib:

“Mən sui-qəsd nəzəriyyələri sahəsinə girmək istəmirəm. Fikrimcə, biz (Ermənistanın eks-prezidentlərini və Qarabağ separatçılarının keçmiş başçılarını, həmçinin, bütün ermənilərin katalikosu II Qaregini nəzərdə tutur-red.) ən az ağrılı variantı seçsək, Paşinyana əlimizi uzadırıq. Hazır olduğum məsuliyyəti öz üzərimizə götürürük. Bu kimi bir işin uğuru hər iki tərəfdən mütləq səmimiyyət, partiya və karyera maraqlarının rədd edilməsini tələb edir. Paşinyandan yaxa qurtaran kimi prezident olacağını düşünənlər də az deyil. Tanınmış simalarla yanaşı, hər gün kimsə küçədə tribuna quraraq özünü Ermənistanın növbəti lideri kimi təqdim edir”.

Birinci prezident qeyd edib ki, o, Ermənistandan iki şey istədikləri barədə deyilənlərin təfərrüatlarına varmaq istəmir: “Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq və ona dəhliz vermək. Bu barədə çox danışılıb. Bu işləyəcək, ya yox, bilmirəm. Bu boş söhbətdir”, – deyə o bildirib.

Ermənistanın bu sənədləri imzalamağa məhkum olub-olmadığı barədə suala Levon Ter-Petrosyan deyib ki, dünyada sülh sazişi olmayan iki qonşu dövlət yoxdur.

“Bəli, Ermənistan təslim oldu, bu kapitulyasiyadır.. Bəzi nüanslar ola bilər, Rusiyanın təklifi başqa, Amerikanın təklifi başqa olacaq… Bu, bizim istəyimiz deyildi, amma heç bir faciə yoxdur, daha güclü dövlətlər bundan keçiblər.

Qonşularla barışıq sənədləri imzalanmasa, dövləti yenidən qurmalı olacağıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182625

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930