Prezident: “Beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır”

23.11.2022 - 16:43

“Bizim torpaqlarımız uzun illər işğal altında idi və dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər. Onların arasında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də var. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi”.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib.

Dövlət başçısı qeyd edib ki, bütün aparıcı beynəlxalq təşkilatlar – BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmırdı. Bu onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır.

“Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində, bəzi hallarda bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik. Ona görə beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı dünya ictimaiyyəti öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185541

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930