Bakının baxışı və tam inteqrasiyaya keçid… – Klaar

12.04.2023 - 10:30

Qarabağ münaqişəsinin tarixini nəzərə alsaq, insanların özlərini təhlükəsiz hiss etməsi üçün müəyyən tədbirlərin görülməsinin tələb olunacağı aydındır.

Cumhuriyyet.az xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar AB-nin sülhməramlı missiyasının Qarabağda mümkün yerləşdirilməsini şərh edərkən deyib.

“Hipotetik suallar stimullaşdırır, lakin onları zaman-zaman cavabsız qoymaq lazımdır. Münaqişənin tarixini nəzərə alsaq, insanların özlərini təhlükəsiz hiss etməsi üçün bəzi tədbirlərə ehtiyac duyulacağı aydındır. Ancaq tam ayrılmadan inteqrasiyaya keçə biləcəyimizi güman etmirəm. Ona görə də geniş mənada Bakının baxışının nədən ibarət olduğu, masanın üstünə nələrin qoyulduğu haqqında səmimi müzakirəyə başlamağı vacib sayıram”, – o bildirib.

Klaar sülh sazişinin müzakirələrinin davam etdiyini, mətnlərin mübadiləsinin aparıldığını bildirib:

“Prosesin dayandığını deməzdim. Bu, təşviq edilməli olan bir prosesdir. Amma bu gün də qaldırılan sual odur ki, sülh müqaviləsi imzalanandan sonra nə baş verəcək? Hərtərəfli sülhü necə təmin edəcəyik? Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi necə olacaq? Ermənistan və Azərbaycanda insanlar ünsiyyətə necə başlayacaq? Sülh sazişinin olması bir şeydir, amma son nəticədə bu münaqişədən irəli gələn məsələlər öz həllini tapmalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190767

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930