Sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi… – Bayramov

26.04.2023 - 17:51

Xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər nazirinin müavini Mantas Adomenas ilə görüşüb.

Bu barədə Cumhuriyyet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Litva arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda cari vəziyyət müzakirə olunub.

C.Bayramov, Azərbaycan və Litva arasında ikitərəfli səviyyədə siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, bağlantılar, mədəniyyət, humanitar və s. sahələrdə, çoxtərəfli səviyyədə isə Avropa İttifaqı (Aİ) çərçivəsində səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edib. Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən uğurlu layihələrin münasibətlərin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov, iki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlər və təmasların əhəmiyyətindən bəhs edərək, siyasi məsləhətləşmələrin əlaqələrin daha da genişləndirilməsi üçün mühüm mexanizmlərdən biri olduğunu qeyd edib.

C.Bayramov, post‐münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı bərpa və quruculuq işləri, regionda nəqliyyat və kommunikasiyaların açılması, sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi və davamlı təxribatları ilə üzləşdiyi qeyd edilib. Laçın-Xankəndi yolunda qeyri-qanuni fəliyyət barədə ətraflı məlumat verilərək, Azərbaycan tərəfindən sərhəd-buraxılış məntəqəsinin təsis edilməsinin şəffaflığı və təhlükəsizliyi təmin edəcəyi vurğulanıb.

Nazir müavini Mantas Adomenas, Litvanın Azərbaycan ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Nazir müavini bölgədə sülh və təhlükəsizliyin təmin olunacağına inam ifadə edib, bu istiqamətdə Litva tərəfinin dəstəyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191207

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930