“Stratfor”dan qorxulu proqnoz: “Qərb-Rusiya qarşıdurması Ukraynadan Qafqaza keçəcək”

20.08.2015 - 10:24

qaf“Ukraynadakı münaqişə gərginləşdikcə, Rusiya və Qərb arasında qarşıdurma da güclənir. Mübahisənin mərkəzi isə Ukraynadan Qafqaza – Gürcüstan, Ermənistan və Azərbaycana keçə bilər”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın “Stratfor” özəl kəşfiyyat-analitik şirkətinin ekspertlərinin dərc etdiyi məqalədə deyilir.

Araşdırmanın müəllifləri  qeyd edirlər ki, Rusiya 2008-ci ildə baş vermiş Gürcüstan-Osetiya hərbi münaqişəsindən sonra Ermənistanda öz hərbi iştirakını möhkəmləndirərək orada güclü iqtisadi və siyasi mövqelərə nail ola bilib: “Ermənistan, Abxaziya və Cənubi Osetiyada  hərbi iştirakı, həmçinin, Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq Rusiyaya bölgədə əsas xarici qüvvə mövqeyinə malik olmağı təmin edir”.

“Buna baxmayaraq, Qərb Rusiyanın keçmiş sovet periferiyasına təsirinin genişlənməsinə yol vermək niyyətində deyil. ABŞ və Aİ Ukraynadakı üsyan zamanı qərbyönümlü hökumətin xeyrinə rusiyapərəst hökumətin devrilməsini dəstəklədi. Və Qərb dövlətləri açıq-aydın bildirdilər ki, onların dəstəyi tək Ukrayna ilə kifayətlənməyəcək. Qərb Mərkəzi və Şərqi Avropada hərbi bazalar yaratmağa başladı, həmçinin, bir neçə  keçmiş sovet periferiyasında olan ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə başladı”, – deyə məqalədə bildrilir.

Ekspertlər  məhz Qafqazın  Rusiya və Qərb arasında yeni  qarşıdurma nöqtəsi ola biləcəyini iddia edirlər: “Bu fikri avqustun sonunda Gürcüstanda NATO-nun təlim mərkəzinin gözlənilən açılışı da təsdiqləyir”.

Ekspertlər, həmçinin  iddia edirlər ki, Ukraynada böhran başladıqdan sonra nisbətən sakit keçən iyirmi illik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi gərginləşməyə başlayıb.

Məqalə müəllifləri Rusiyanın bu məsələdə təmkinli diplomatik mövqe nümayiş etdirdiyini qeyd edirlər:“Moskva iki ölkəni dialoqa çağırır, lakin eyni zamanda da, dayandırmaq elementi kimi, hər iki ölkəyə hərbi tədarükləri davam etdirir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29765

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930