General Bujinski: “Azərbaycanda RLS tikilməyəcək”

21.08.2015 - 10:48

bujunskiAzərbaycanda yeni radiolokasiya stansiyasının tikintisi planlaşdırılmır. ANS PRESS-in məlumatına görə, bu barədə PİR Center təşkilatının vitse prezidenti, ehtiyatda olan general-leytenant Yevqeni Bujinskiaçıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanda RLS-in tikintisi yalan məlumatdır və xəbərin rəsmiləşdirilməsinə ehtiyac var.

“Belə bir sual yaranır – Azərbaycanda niyə RLS tikilməlidir? Axı bizim Armavir şəhərində stansiyamız var. Məsələ burasındadır ki, yeni RLS lazım olan bütün sahələri nəzarətdə saxlamağa imkan verir. Gəlin tarixə nəzər salaq. Azərbaycanda hələ Sovet dövründən RLS yerləşir. Bu radiolokasiya stansiyası Hind okeanı sahəsindən və ABŞ tərəfindən mümkün raket hücumlarının qarşısının alınması məqsədilə yaradılıb. Amma Armavir şəhərində yüksək döyüş hazırlığına malik yeni stansiyanın tikilməsi ilə bağlı qərar verildikdən sonra Qəbələ RLS-ə olan ehtiyac azaldı. Bundan başqa stansiyada çox ciddi proqram yenilənməsinə ehtiyac var. Hələ o vaxt Rusiya Müdafiə Nazirliyi bəyan etdi ki, Armavirdəki RLS fonunda Qəbələ RLS-ə ehtiyac yoxdur”, deyə Yevqeni Bujinski bildirib.

Avqustun 17-də Rusiyanın “Zvezda” telekanalında xəbər yayıldı ki, Rusiya 2017-ci ildə Azərbaycanda yeni hərbi baza tikməyi planlaşdırır.Xəbərdə bildirilir ki, Bakının nəzarətinə verilən Qəbələdəki “Daryal” RLS-in əvəzinə tikilməsi planlaşdırılan “Voronej” RLS Rusiyanın tabeliyində olacaq. Bu isə Armavirdəki RLS-in nəzarət edə bilmədiyi sahələri də diqqətdə saxlanılmasına imkan verəcək.

“Voronej” stansiyası ballistik, qanadlı raketlərin və digər obyektləri aşkar etməkdə ən güclü hesab edilən RLS-lərdəndir. Stansiya rahat şəkildə 6000 kilometr horizontal, 8000 kilometr vertikal ərazini rahat şəkildə izləyə bilir. Bununla yanaşı 500 hava obyektinə nəzarət edə bilmə qabiliyyətindədir.

Xatırladaq ki, Qəbələdəki “Daryal” tipli RLS-in icarə müddəti 2012-ci ilin dekabrında bitib. Azərbaycan və Rusiya arasında stansiyanın icarə müddətinin uzadılmasına dair xeyli müddət danışıqlar aparılsa da tərəflər razılaşmaya gələ bilməmişdi. Nəticədə Moskva Qəbələ RLS-i bağlamaq və stansiyadan imtina etmək qərarına gəldi.

Keçmiş Qəbələ RLS-in əmlakı və ərazisi Azərbaycan Silahlı Qüvvələrinin balansına yox, Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunub.

“Rossiya 24” telekanalına müsahibə verən prezident İlham Əliyev Qəbələ RLS-i bağlanmasına münasibət bildirmişdi.

Prezident bəyan etmişdi ki, Qəbələ RLS məsələsi Azərbaycan və Rusiyanın ikitərəfli münasibətlərində heç bir narahatlıq yaratmayıb və yaratmır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29918

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930