Qubad İbadoğlu istefa verdi

24.08.2015 - 14:01
qubadAzərbaycan Demokratiya və Rifah Hərakatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının Şura üzvlüyündən və Çoxtərəfli Qrup üzvlüyündən istefa verib.
AzNews.az-ın məlumatına görə, Qubad İbadoğlunun müraciəti əsasında bu barədə qərar «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının bu gün keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, Qubad İbadoğlu «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının Şurasına bu barədə müraciət etmişdi. O müraciətində hazırda iştirak etdiyi proqramın müddətinin uzadılması ilə bağlı ilin sonunadək ABŞ-da qalacağını bildirib. Növbəti aylarda Koalisiyanın qarşısında daha vacib işlərin olduğunu və Şura üzvü, ÇQ üzvü kimi fəaliyyət göstərib töhfə vermək imkanlarının məhdudluğunu bildirən Q.İbadoğlu seçkili orqanlarda təmsilçiliyinin Koalisiya əsasnaməsinə uyğun həll edilməsini xahiş etmişdi.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30248

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930