Bakı İrəvanla Tiflisdə görüşməlidir – Klaar

08.02.2023 - 16:32

Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair görüşlər Tiflisdə keçirilməlidir. Çünki Gürcüstan coğrafi baxımdan bunun üçün çox əlverişli yerdir.

Cumhuriyyet.az xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

“Tiflis (Ermənistan və Azərbaycan – red.) XİN rəhbərlərinin görüşünün keçirildiyi yer idi və yenə də həm liderlərin görüşləri üçün, həm də başqa format çərçivəsində belə bir yerə çevrilə bilər. Gürcüstan bu görüşlər üçün coğrafi baxımdan çox əlverişlidir, qonşu ölkələrdən bura tez və asanlıqla gələ bilərsiniz”,- o bildirib.

O qeyd edib ki, Cənubi Qafqazda yerləşən üç ölkənin əməkdaşlıq sahəsi tapmağa çalışması məntiqlidir:

“Gürcüstanın Ermənistanla Azərbaycan arasında körpü olması vacibdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187767

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930