Paşinyan üçtərəfli formatdan niyə qaçır?

20.02.2023 - 11:39

Münhendə keçirilən tədbirin təşkilatçıları və moderatorları Cənubi Qafqaz ölkələrinin hər üç liderinin iştirakı ilə müzakirə paneli təşkil edib, açıq şəkildə fikir ortaya qoydular. Aparıcı Qərb dövlətlərinin maraqları üçün region ölkələrini vahid formatda görmək daha məqsədəuyğundur. Təbii ki, həm Bakı, həm də Tiflis bu ideyanı dəstəkləyir.

Cumhuriyyet.az xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

“Ermənistan isə bu formatdan yayınır. Çünki İrəvan bu formatı qəbul edəcəyi təqdirdə ərazi bütövlüyünün tanınmasına və bir-birinin daxili işlərinə qarışmamağa əsaslanan dəqiq tənzimləmə normalarına malik Bakı-Tiflis tandeminə qoşulmağa məcbur olacağını anlayır. Bu formata tam qoşulacağı təqdirdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq etməli, ölkəmizdəki erməni azlığının işlərinə qarışmaq cəhdlərindən əl çəkməlidir. Məsələn, rəsmi İrəvan Gürcüstan ermənilərinin hüquqları ilə bağlı Tiflisə heç bir tələb irəli sürmür. İrəvanın Bakı ilə bu formata hazır olmadığı tamamilə göz qabağındadır”, – o bildirib.

Politoloq qeyd edib ki, yanvarda Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan və Gürcüstan liderləri Cənubi Qafqazda üçtərəfli dialoq formatı yaratmaq istəklərini təsdiqləyib:

“Eyni zamanda rəsmi İrəvanın bundan yayındığı da qeyd olunub. İndi Münhendəki proseslərdən də aydın oldu ki, yaxın gələcəkdə belə bir formatın meydana çıxacağını gözləmək hələ tezdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188467

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930