Lavrovun Bakıya gəlişi İrəvanı narahat etdi

28.02.2023 - 12:20

Rusiyanın xarici işlər naziri Lavrov Bakıdadır. Sözsüz ki, onun Azərbaycan Prezidenti Əliyev və həmkarı Bayramovla danışıqlarının əsas mövzularından biri Ermənistan-Azərbaycan münaqişəsi və Qarabağ məsələsidir. Hazırda bu məsələdə həm Rusiya, həm də Qərb çox fəaldır. Lavrov Rusiyanın Cənubi Qafqaz mövqeyini müdafiə etməyə hazırlaşır. Burada Ermənistan və Qarabağ ermənilərini narahat edən amil mövcud vəziyyətin onların mövqeyini nə dərəcədə təhdid etməsidir.

Cumhuriyyet.az xəbər verir ki, bunu erməni analitik Akop Badalyan deyib.

“Ötən günlərdə Putinlə Ərdoğan arasında telefon danışığı aparılıb. Bu danışıq fonunda Rusiya regionda mövqeyini qorumaq baxımından Azərbaycana müəyyən güzəştlər edə bilər. Fevralın 23-də Ermənistan tərəfinin təşəbbüsü ilə Paşinyanla Putin arasında telefon danışığı olub. Yeri gəlmişkən, bunun ardınca Putinlə Ərdoğan arasında telefon danışığı aparıldı. Paşinyan Putinə Münhendə ABŞ dövlət katibinin himayəsi ilə keçirilən görüş barədə məlumat verib. İrəvan açıq şəkildə nümayiş etdirir ki, separatçı siyasət yeritmir, sadəcə olaraq, Qarabağın təhlükəsizlik problemləri ilə məşğul olmağa çalışır, ona görə də Moskvanın diplomatik işi olarsa, Rusiya ilə işləməyə həmişə hazırdır”, – o bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189054

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930