Nobel mükafatçısı etirazçılara səsləndi – Aksiyaları davam etdirin

04.01.2018 - 18:05

“İranlılar antihökümət nümayişlərini davam etdirməli, referendumun keçirilməsini tələb etməli, hökümətə iqtisadi təzyiqlər göstərməlidir”.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bunu iranlı hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin Ebadi yerli qəzetlərdən birinə müsahibəsində deyib.

Şirin Ebadinin fikrincə, küçədə qalmaq və tələb irəli sürmək hər bir vətəndaşın qanunu hüququdur. Hüquq müdafiəçisi dinc nümayişlər tərəfdarı kimi çıxış edərək zorakılığa “yox” deyib.

Ebadi həmvətənlərini vergi verməkdən – su, qaz və elektrik enerjisinə görə kommunal ödənişlərdən imtinaya səsləyib.

O, deyib ki, 38 il əvvəl də bu hadisələr yaşandı, hakimiyyət xalqı eşitmək istəmədi və inqilab oldu.

Ebadi polisi və İnqilabi Keşikçilər Ordusunun əsgərlərini öz qardaşlarının qanını tökməməyə çağırıb.

Xatırladaq ki, Şirin Ebadi Nobel Sülh Mükafatını 2003-cü ildə alıb. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=109231

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31