Macarıstan baş naziri miqrantları “müsəlman işğalçıları” adlandırdı

08.01.2018 - 11:14
Macarıstan baş naziri Viktor Orban Avropaya gələn miqrantları “müsəlman işğalçıları” adlandırıb və bəyan edib ki, ölkəsi qaçqınları qəbul etmək niyyətində deyil.
Cumhuriyyet.net APA-ya istinadən xəbər verir ki, V.Orban bu barədə “Welt” nəşrinə deyib.
“Biz bu insanları qaçqın deyil, müsəlman işğalçıları hesab edirik”, deyə baş nazir bildirib. Macarıstan hökumətinin başçısının sözlərinə görə, qaçqın axını dövlət daxilində “paralel icmaların” meydana gəlməsinə səbəb ola bilər.
Ötən ilin sonunda Avropa Komissiyası miqrantların köçürülməsi proqramı çərçivəsində qaçqınları qəbul etməkdən imtina etdiklərinə görə Macarıstan, Polşa və Çexiyanı məhkəməyə verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=109447

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31