Prezident seçilsəm, yemək talonu tətbiq edəcəm – Jirinovski
Prezident seçkisində qalib gələn kimi ilk iş amnistisiya, rus dilinin müdafiəsi və yemək talonunun tətbiqi haqqında qanunun imzalanması olacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. O, həmçinin, prezident seçildikdən sonra hökumətin strukturunu dəyişəcəyini bildirib.
Qeyd edək ki, Jirinovski indiyə qədər 5 dəfə – 1991, 1996, 2000, 2008, 2012-ci seçkilərində – Rusiya prezidentliyinə namizədliyini irəli sürüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=110678