Mixail Saakaşvilinin həyat yoldaşı Bakıya gəldi

27.02.2018 - 18:07

Bu gün Bakıda 2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş Sandra Elizabet Rulofsun Azərbaycan dilində tərcümə edilən “Bir idealistin hekayəsi” adlı kitabının təqdimat mərasimi keçirilib.

Kitabda xanım Sandra Elizabet Rulofs öz həyatı, 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Mixail Saakaşvili ilə tanışlığı, evliliyi və ailə həyatından bəhs edir.

Rulofs kitabda özünəməxsus bədii üslubla təhsil aldıqları dövrdən hakimiyyətə gəldikləri zamana qədər ailə və çalışmaları barəsində geniş məlumat verib.

Keçmiş birinci xanımın “Bir idealistin hekayəsi” kitabı indiyə qədər 7 dilə tərcümə olunaraq Hollandiya, Gürcüstan, Ukrayna, Rusiya, Türkiyə, İngiltərə və Polşada nəşr edilib.

Qeyd edək ki, bu gün Bakıda keçirilən təqdimat mərasimində Sandra Rulofsun özü də iştirak edib. (azvision.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=114190

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31