Ermənistanda yeni prezident seçildi – O KİMDİR?

03.03.2018 - 09:47

Martın 2-də Ermənistan parlamenti ölkənin yeni prezidentini seçib.

Cumhuriyyet.net-in Novator.az-a istinadən verdiyi məlumata görə, yeganə namizəd Armen Sərkisyan gizli səsvermədə 90 deputatın səsini toplayıb. 10 deputat onun əleyhinə səs verib.

Yalnız dövlət başçısı funksiyası daşıyan prezidentin səlahiyyət müddəti 7 ildir. Bir şəxsin yalnız bir dəfə prezident seçilmək hüququ var. Səlahiyyət müddətində prezidentin partiya üzvü olması qadağandır.

Armen Sərkisyanı hakim fraksiya namizəd irəli sürüb. Fraksiyaya Respublika Partiyası (105 mandatdan 58-nə sahibdir) və Daşnaksütun Partiyası (7 mandatı var) daxildir. 31 mandatı olan Sarukyan bloku da Armen Sərkisyana dəstək verib. 9 mandatı olan “Çıxış” bloku namizəd göstərə bilməyib. Bunun üçün 27 deputatın dəstəyi tələb olunur.

2008-ci ildən Ermənistan dövlətinə başçılıq edən Serj Sərkisyanın prezident postunda səlahiyyət müddəti bu il aprelin 9-da başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək.

A. Sərkisyan 1953-cü ildə İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin (İDU) fizika-riyaziyyat fakültəsini və aspiranturasını bitirib. Fizika-riyaziyyat elmləri namizədidir.

1978-ci ildən İDU-da müəllim işləyib. 1984-1985-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində çalışıb. 1985-ci ildə Ermənistana qayıdıb və İDU-da fəaliyyətini davam etdirib.

Sərkisyan 1992-1995-ci və 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyadakı səfiri olub. 2013-cü ildən yenidən bu ölkədə səfir idi.

O, müxtəlif illərdə Ermənistanı Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfir kimi təmsil edib.

Yeni prezident 1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=114472

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31