Ərdoğan BMT-yə hiddətləndi: Yerə girsin qərarınız!
Şərqi Qutada baş verən olayları qəbul etmək insanlığa sığarmı?
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“BMT Şərqi Quta ilə bağlı qərarlar qəbul edir. Yerə girsin sizin qərarlarınız! Əməl edilməyən qərarların insanlıq üçün nə faydası var? Siz insanları aldadırsınız”, – Ərdoğan bildirib.
Qeyd edək ki, BMT İnsan Haqları Şurası Suriya lideri Bəşər Əsədin Şərqi Qutada insan haqlarını pozması ilə bağlı qətnamə qəbul edib. Buna və atəşkəs qərarlarına rəğmən, Qutada qətliam davam edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=114773