Poroşenko: Ukrayna yaxın 10 ildə NATO-nun üzvü olacaq

22.03.2018 - 12:56

Ukrayna yaxın 10 ildə NATO-nun üzvü olacaq. “Report” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “Hamburger Abendblatt” nəşrinə müsahibəsində bildirib.

Poroşenko əmin edib ki, 2019-cu ilin sonuna qədər alyansın üzvü olmaq üçün ölkəsi fəaliyyət planını alacaq.

O, hesab edir ki, Ukrayna alyansa üzv olacağı təqdirdə NATO həmişəkindən daha effektiv və güclü olacaq. “Ukrayna alyansa daxil olmaq üçün tələb olunan bütün kriteriyaları daha da tez həll etmək istəyir”, – deyə Poroşenko bildirib.

Bunula belə, o qeyd edib ki, ölkəsi ÜDM-in 6% müdafiə xarclərinə yönəldir, bu isə NATO-ya üzv olan bir çox ölkələrdən 4 dəfə çoxdur.

Poroşenko eyni zamanda alyansın üzvü olmaq istəyən tərəfdarların sayının da getdikcə artdığını söyləyib. Hazırda onlar ölkə əhalisinin ümumi sayının 59% təşkil edir. 2013-cü ildə isə bu rəqəm 13% idi.

Short URL: http://www.cumhuriyyet.net/?p=115908

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31