20 Avropa dövləti diplomatlarını Rusiyadan geri çağırmaq fikrindədir

24.03.2018 - 10:37

Avropanın 20 dövləti “Sripal işi”nə görə, rusiyalı diplomatları ölkəsindən göndərməyə hazırdır. “The Times” xəbər verir ki, Rusiyaya qarşı tədbirlər martın 26-da həyata keçiriləcək.

Qərb kampaniyası Avropa İttifaqının Moskvadakı səfirinin geri çağırılması ilə başlayacaq.

“İndiyədək misli görünməmiş və əlaqələndirilmiş şəkildə ölkə ərazisindən çıxarılma mərhələsi bazar ertəsindən Avropa İttifaqının Moskvadakı səfirinin 4 həftəlik geri çağırılması ilə başlanacaq”, – deyə “The Times” yazıb.

Müvafiq qərar martın 22-də Aİ-nin Brüsseldə keçirilən sammitində qəbul olunub. Britaniyanın baş naziri Tereza Mey yenidən Rusiyanı Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın zəhərlənməsində günahlandırıb və preparatın adını açıqlayıb.

Litva, İrlandiya, Fransa və Almaniya Londondan nümunə götürərək rusiyalı diplomatları ölkədən göndərməyə razılıq veriblər.

Bununla yanaşı, rusiyalı diplomatları Çexiya, Niderland, Bolqarıstan, Danimarka, Estoniya, Latviya və digər Avropa ölkələri də çıxarmağa hazırdır.

ABŞ da bu variantı nəzərdə keçirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=115989

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31