Savçenkoya 2 ay həbs verildi

24.03.2018 - 10:43

Kiyevin Şevçenkovskiy rayon məhkəməsi Ukrayna Ali Radasının üzvü Nadejda Savçenko barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçib.

RİA Novosti agentliyi xəbər verir ki, bu haqda hakim Yevgeni Sidorov 3 saatlıq müşavirədən sonra bildirib. Qeyd edək ki, onun qərarın mətnini oxuması təxminən bir saat çəkib.

Qərardan apellyasiya şikayəti verilə bilər.

Xatırladaq ki, Ukrayna Ali Radası dünən Nadejda Savçenkonun deputat toxunulmazlığını ləğv edib. O, parlamentin binasında Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Nadejda Savçenkonun adı Donbasda martın 8-də təmas xəttində saxlanılan “Zabit korpusu” adlı qeyri-hökumət təşkilatının sədri, separatçılarla Ukrayna hökuməti arasında əsir və girov mübadiləsi məsələləri ilə məşğul olan Vladimir Rubanla bağlı məsələdə hallandırılır. O, Kiyevdə terror hücumlarının planlaşdırılmasında şübhəli bilinir.

Belə ki, Separatçılarla görüşdən qayıdan Vladimir Rubanın avtomobilində xeyli silah-sursat aşkarlanıb. Martın 9-da Kiyev məhkəməsi onun haqqında 2 aylıq həbs qərarı verib. Ukrayna hüquq-mühafizə orqanları Vladimir Rubanın ölkə rəhbərliyinə qarşı terror aktı planlaşdırdığını bildirir.

Onu da xatırladaq ki, 35 yaşlı keçmiş ukraynalı hərbçi N. Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq Rusiyaya aparılıb və həbs edilib. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunub. 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə əfv olunub. O, Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən Ukraynanın qəhrəmanı titulunu alıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=115995

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31