İspaniya Ali Məhkəməsi Kataloniya liderinin həbsinə order verdi

24.03.2018 - 10:53

İspaniya Ali Məhkəməsi ölkədən qaçmış sabiq Kataloniya lideri Karles Puçdemon və onun bir neçə silahdaşının həbsinə beynəlxalq order verib.

Bu barədə “El Pais” qəzeti xəbər yayıb.

Məlumata görə, Kataloniya hökumətinin keçmiş üzvləri üsyana təhrikdə günahlandırılırlar.

Xatırladaq ki, 2017-ci il, noyabrın 3-də İspaniya Milli Məhkəmə Kollegiyası K.Puçdemon və digər 4 nəfərin həbs edilməsinə dair qərar çıxarmışdı. Kataloniya hökumətinin keçmiş üzvləri qiyamın təşkilində, dövlət vəsaitlərinin israf edilməsində ittiham olunurdular. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=116001

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31