Aİ “Facebook”a qarşı sərt tədbirlər görməyə hazırlaşır

26.03.2018 - 11:33

Avropa İttifaqının (Aİ) ədliyyə üzrə komissarı Vera Yurova istifadəçilərin şəxsi məlumatları ilə bağlı qalmaqalla üzləşən “Facebook” sosial şəbəkəsinə qarşı sərt tədbirlər görüləcəyini bəyan edib.

APA-nın məlumatına görə, V. Yurova “Bild am Sonntag” nəşrinə müsahibəsində deyib ki, 50 milyon “Facebook” istifadəçisinin şəxsi məlumatlarının sui-istifadə edilməsi tamamilə qəbuledilməzdir.

Komissar “Facebook” rəhbərliyindən vəziyyətlə bağlı rəsmi açıqlama tələb edib: “Mən “Facebook” rəhbərliyindən tələb edirəm ki, bu qalmaqalın Avropadakı istifadəçilərə nə dərəcədə təsir etməsinə aydınlıq gətirsin”.

ABŞ hakimiyyəti və müvafiq qurumlar Avropa İttifaqını əmin edib ki, bütün ittihamlar ciddi qəbul edilir və lazımi tədbirlərin görülməsi üzərində iş gedir. Bununla belə, V. Yurova bildirib ki, şəxsi məlumatlarla bağlı son qalmaqal hamı üçün bir həyəcan siqnalı olmalıdır, çünki bunun geniş miqyaslı nəticəsi ola bilər.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Donald Trampın seçki qərargahı ilə əlaqəli olan “Cambridge Analytica” şirkəti bir neçə il əvvəl “Facebook” istifadəçilərinin şəxsi məlumatlarından istifadə edib. “Facebook” vasitəsi ilə 270 min insanın şəxsi məlumatları əldə edilib. Sonradan “Cambridge Analytica” şirkəti “Facebook”-dan alınmış məlumatların məhv edildiyini bildirib. Bu şəxsi məlumatlardan ABŞ-da prezident seçkiləri kampaniyasında elektoratla bağlı ünvanlı və psixoloji reklamların hazırlanmasında istifadə olunduğu ehtimal edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=116082

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31