Katalonyada qarşıdurmalar zamanı xəsarət alanların sayı 100-ə çatıb

26.03.2018 - 11:37

İspaniyanın Kataloniya muxtariyyətində polis və etirazçılar arasında toqquşmalarda xəsarət alanların sayı 100-ə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə tibbi xidmətlərdən bildirilib.

Onlar arasında “Mossos d’Esquadra” hüquq-mühafizə orqanlarının əməkdaşları da var və azı 3 nəfər saxlanılıb.

Xatırladaq ki, dünən Kataloniya hökumətinin sabiq rəhbəri Karles Puçdemonun Almaniyada saxlanılmasından sonra İspaniya hökumətinin Kataloniyadakı nümayəndəliyinin, Almaniyanın Barselonadakı konsulluğunun, eləcə də Tarraqona, Lerida və Jironada İspaniya hökumətənin binaları qarşısında çoxsaylı etiraz aksiyaları keçirilib.

Etiraz aksiyalarının keçirilməsinə təşəbbüs “Kataloniya Milli Assambleyası” və “Omnium Cultural” ictimai təşkilatları tərəfindən irəli sürülüb.

Avropa orderi əsasında həbsi üçün qərar verilən və dünən Almaniyada saxlanılan K.Puçdemon bu gün Şlezviq-Qolşteyn torpağında məhkəmədə ifadə verəcək. O, hazırda Noymünster şəhərindəki həbsxanadadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=116084

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31