Rumıniya parlamenti Moldova ilə birləşmək haqqında Bəyannamə qəbul edib

29.03.2018 - 16:36

Rumıniya parlamenti tarixdə Bessarabiya kimi tanınan bugünkü Moldova torpaqlarının Rumıniya ilə birləşməsinin 100-cü ildönümü münasibətilə Moldova Respublikası ilə birləşməyə dair niyyət Bəyannaməsi qəbul edib.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, “Bessarabiyanın ana vətən Rumıniya ilə 1918-ci il martın 27-də baş tutmuş birləşməsinin bayram edilməsi haqqında” Bəyannamədə deyilir ki, Rumıniya ilə birləşmək istəyən Moldova vətəndaşlarının bu arzusu tam legitimdir və Ruminiya dövləti, vətəndaşları da bu təşəbbüsü dəstəkləyir:

 

Sənəddə qeyd olunur ki, 1918-ci il martın 27-də Bessarabiyanın ali qanunverici orqanı Rusiya İmperiyasının dağılması və 1-ci Dünya savaşı şərtlərində Rumıniya ilə birləşmək barədə qərar qəbul edib. Bu qərar 1920-ci il 28 oktyabr tarixli Paris sülh müqaviləsində tanınıb.

 

Bəyannaməni Rumıniya Deputatlar Palatası və Senatı əksər səslə dəstəkləyib. Yalnız Rumıniya Macarlarının Demokratik İttifaqı əleyhinə olub.

 

Toplantıda Moldova parlamentinin nümayəndə heyəti də iştirak edib. Moldova parlamentinin sədri Adrian Kandu çıxışında bildirib ki, Moldovanı Avropaya aparan yolların və körpülərin inşası ancaq Rumıniyanın yardımı ilə mümkündür.

Short URL: http://www.cumhuriyyet.net/?p=116421

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31