Dövlət Departamenti: Rusiya özünü təcrid edir
Əgər Rusiya Böyük Britaniya ilə həmrəy ölkələrin hamısının diplomatlarını ölkədən çıxarmaq niyyətindədirsə, onda o özünü təcridetmə yolu ilə irəliləməkdədir
APA-nın “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert bildirib.
“Fikrimcə, Rusiya Böyük Britaniya ilə həmrəy olduğunu ifadə etmiş 28 ölkəyə qarşı analoji tədbir görmək niyyətindədir. Rusiya utanmadan kimyəvi hücum faktını inkar etməklə, özü-özünü təcrid edir”, – deyə o qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=116463