Tramp: Pornoaktrisaya 130 min dollar verməmişəm

06.04.2018 - 13:32

ABŞ prezidenti Donald Tramp şəxsi vəkilinin 2016-cı ildə pornoaktrisa Stormi Denielsa (Stefani Klifford) 130 min dollar məbləğində pul ödəməsindən xəbərsiz olduğunu bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Tramp bildirib ki,   pornoaktrisanın onunla iddia olunan “yaxın əlaqələri haqqında susması” üçün  vəkili Maykl Koenin haradan pul tapıb aktrisaya  verdiyini bilmir.

Bu arada, Koen də Danielsə  qeyd olunan  məbləğdə pulu öz cibindən ödədiyini gizlətmir.

Bundan əvvəl ABŞ məhkəməsi pornoaktrisa Stormi Danielsin,  Ağ Ev rəhbərinin hakim qarşısına çıxarılması ilə bağlı müraciətini təmin etməyib.

Aktrisa əmin edir ki, 2006-cı ildə Trampla intim əlaqədə olub və onun vəkili bu barədə susması müqabilində aktrisaya 130 min dollar pul ödəyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=117009

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728