Skripallar niyə ölmədi? – Dəhşətli zəhəri yaradan Mirzəcanov izah edir

13.04.2018 - 14:48

Böyük Britaniyanın Solsberi şəhərində Rusiyada işlənib hazırlanan “Noviçok” adlı kimyəvi silah tətbiq olunmaqla zəhərlənən keçmiş QRU polkovniki Sergey Skripalın və qızı Yuliyanın ölümdən dönməsi bu zəhərin daha bir xüsusiyyətini ortaya çıxarıb. Vaxtilə “Noviçok”u işləyib hazırlayanlardan biri, tanınmış sovet kimyaçı alimi Vil Mirzəcanov “Kommersant FM” radiosuna müsahibəsində deyib ki, casusu və qızını ölümdən dumanlı hava xilas edib.

Belə ki, onların zəhərləndiyi gün Solsberidə hava dumanlı və çiskinli olub. Zəhər isə suya həssasdır-su ilə təmasda olanda öz xüsusiyyətlərini qismən itirir. Alimin bildirdiyinə görə zəhəri Skripalların baş çəkdikləri restoranın giriş qapısının dəstəyinə sürtüblər və hava çiskinli olduğundan maddə su ilə təmasda olub.

“Nəticədə onlar doza alıblar, amma bu doza ölümcül olmayıb, çünki hesablanmış konsentrasiya su ilə təmasa görə aşağı düşüb”-ABŞ-da mühacirətdə olan kimyaçı deyib.

Mirzəcanov deyib ki, təmiz zəhər ancaq xüsusi laboratoriyada, yüksək ixtisaslı mütəxəssislərlə əldə edilə bilər. Diletant “Noviçok” kimi mürəkkəb zəhəri hazırlaya bilməz.

Xatırladaq ki, Yuliya Skripal xəstəxanadan buraxılıb və hərbi bazanın ərazisində qorunur. Atası isə komadan ayılıb, vəziyyətinin yaxşılaşdığı bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=117394

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728