“Şam yeməyində onunla bir ailənin üzvləri kimi oturmuşduq…” – VİDEO

16.04.2018 - 15:43

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayev barədə bu ölkənin Dövlət Televiziyasının çəkdiyi sənədli film üçün müsahibə verib.

Virtualaz.org xəbər verir ki, İlham Əliyev Nursultan Nazarbayevi “ağsaqqal” adlandırıb və onunla münasibətlərinin çox səmimi olduğunu deyib.

“Mənə Nursultan Abışeviçlə ünsiyyətdə olmaq həmişə çox xoşdur, mən ona çox böyük hörmət bəsləyirəm. O, bizim ağsaqqalımızdır. Əlbətdə, onun atam Heydər Əliyevlə görüşlərini və söhbətlərini yaxşı xatırlayıram. Onları çox yaxın dostluq münasibətləri bağlayırdı. Əlbətdə, əsası qoyulan bu ənənə şadam ki, indi də davam edir. İnsani planda da Nursultan Abışeviçlə ünsiyyətdə olmaq çox xoşdur. Bizim Bakıda baş tutan sonuncu görüşümüzdə də, rəsmi mərasimlərdə və qeyri-rəsmi dostyana şam yeməyində də biz bir ailənin üzvləri kimi oturmuşduq”-İlham Əliyev bildirib.

Qazaxıstan Dövlət Televiziyasının çəkdiyi sənədli filmdə digər MDB prezidentlərindən də müsahibələr nəzərdə tutulur.

Short URL: http://www.cumhuriyyet.net/?p=117496

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728