G7 ölkələri Rusiyanı “Skripal işi” üzrə məsuliyyət daşımağa çağırıblar

17.04.2018 - 10:21

“Böyük yeddilik” ölkələri Rusiyanı “Skripal işi” üzrə məsuliyyət daşımağa çağırıblar.

“Report” “RT”-ə istinadən xəbər verir ki, bu barədə Kanada xarici işlər nazirinin yaydığı bəyanatda bildirilir.

“Biz Böyük Britaniyanın qiymətləndirmələrini bölüşürük və onunla razılaşırıq: – çox ehtimal ki, Rusiya bu hücuma görə məsuliyyət daşıyır və bunun ehtimal olunan alternativ izahatı yoxdur”, – deyə bəyanatda bildirilir.

G7 ölkələri həmçinin bildiriblər ki, qaydalara əsaslanaraq, Rusiyanı beynəlxalq sistemə qaytarmaq üçün bu ölkə ilə əməkdaşlıq edəcəklər.

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə zəhərləniblər. Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiyanı onların zəhərlənməsində ittiham edib və Sergey və Yuliyaya bu ölkədə hazırlanmış zəhərlə qəsd edildiyini bildirib.

Yuliya Skripal artıq özünə gəlib. Sergey Skripalın da səhhəti yaxşılaşmaqdadır. O, kritik vəziyyətdən çıxıb

Short URL: http://www.cumhuriyyet.net/?p=117532

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728