G7-dən AĞIR ZƏRBƏ gəlir – Rusiya DİZ ÇÖKDÜRÜLƏCƏK

24.04.2018 - 13:08

G7 (“Böyük yeddilik”) ölkələri Donbas münaqişəsində görə Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər.

“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda G7-nin xarici işlər nazirlərinin Torontoda keçirilən görüşdə qəbul etdikləri bəyanatda deyilir.

“Biz xatırladırıq ki, Donbas münaqişəsi üzrə iqtisadi sanksiyaların ləğvi Minsk razılaşmalarının Rusiya tərəfindən tam icrası ilə bağlıdır. Rusiya öz öhdəliklərini tamamilə yerinə yetirərsə, bu sanksiyalar ləğv edilə bilər”, — rəsmi məlumatda deyilir.

“Böyük yeddilik” həmçinin dünyada vəziyyətin destabilizasiyasında Rusiyanı ittiham edib. Eyni zamanda, G7 ölkələri regional böhranlar və qlobal çağırışlar üzrə Rusiya tərəfi ilə əməkdaşlıq etməyə hazır olduğunu ifadə ediblər.

Qeyd edək ki, Moskva Donbas münaqişəsinin tərəfi kimi çıxış etmədiyini və Donbasda baş verən hadisələrə əlaqəsinin olmadığını dəfələrlə bəyan edib. Lakin Qərb bu fikirləri qəbul etmir və Donbasda Rusiya hərbçilərinin olduğunu bildirir./publika.az

Short URL: http://www.cumhuriyyet.net/?p=117974

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728