İsrail silah satışından 9,2 milyard $ qazanıb
İsrail 2017-ci ildə 9,2 milyard dollar dəyərində silah satıb.
Trend-in məlumatına görə, bu göstərici 2016-cı illə müqayisədə 40 faiz çoxdur.
İsrailin müdafiə sənayesi məhsullarının 58 faizi Asiya-Sakit okean regionuna, 21% – Avropa, 14% – Şimali Amerika, 5% – Afrika, 2%-i isə Latın Amerikasına ixrac olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=118403