CHP-nin prezidentliyə namizədi məlum oldu

03.05.2018 - 16:57

Türkiyənin müxalif Cumhuriyyət Xalq Partiyasını (CHP) növbədənkənar prezident seçkilərində Məhərrəm İncə təmsil edəcək.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, CHP-nin əsas namizədlərindən hesab olunan İlhan Kəsici bu gün öz həmkarını təbrik edib. O, mətbuata açıqlama verərək bildirib ki, telefon vasitəsilə Məhərrəm İncəni təbrik edib:

“Namizədin Məhərrəm İncə olduğunu eşidib ona zəng vurdum və təbrik etdim. O da təbrikimi qəbul etdi. Güman edirəm ki, onun da məsələdən xəbəri var idi. Xeyirli, uğurlu olsun”.

 

Məhərrəm İncə partiyanın iclasına daxil olarkən iştirakçılar tərəfindən ayaq üstə alqışlanıb.

 

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb: “Atatürkün yaratdığı partiyanın  üzvü olmaqdan və onun əyləşdiyi məqama namizəd olmaqdan qürur duyuram. Əlbəttə, qərarı rəhbərim və deputatlarımız verəcək.  Həm partiyamız, həm də millətimiz üçün hər şeyin  xeyirli olmasını arzulayıram”.

Short URL: http://www.cumhuriyyet.net/?p=118405

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728