Leontyev Paşinyandan üzr istədi

14.05.2018 - 17:25

Jurnalist və “Rosneft”in vitse-prezidenti Mixail Leontyev “Komsomolskaya Pravda” radiosundakı qalmaqala görə Ermənistan baş naziri Nikol Paşinyandan üzr istəyib

 Cumhuriyyet.net bu barədə oxu.az-a istinadla xəbər verir.
“Leontyev Paşinyana məktub göndərib. O, məktubunda səsləndirdiyi fikirlərə görə üzr istəyib”, – erməni baş nazirin mətbuat xidməti məlumat yayıb.
Məlumatlara görə, o, yersiz çılğınlığını Ermənistandakı hadisələrdən narahatlığı ilə izah edib.
Qeyd edək ki, Leontyev “KP” efirində ermənilərin Rusiyadan başqa heç kimə lazım olmadığını və ölkənin bütün tarix boyunca Rusiyanın çiyinlərinə düşən əlavə yük olduğunu dilə gətirmişdi.
“Yalnız və yalnız bizim dəstəyimiz hesabına bu gün mövcud olan xalqın bizi xainliklə şantaj etməyə haqqı yoxdur.
Kimsə ağzını açıb, belə bir fikir səsləndirsə, bunun bir fakt olduğunu anlamalıdır, onların buna haqqı yoxdur.
Biz olmasaydıq, fiziki baxımdan nə erməni, nə də Ermənistan olardı. Ümumiyyətlə, mövcud olmazdılar”, – Leontyev bildirmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=118834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728