Poroşenko: Ukrayna MDB çərçivəsində imzalanmış müqavilələrdən çıxacaq

21.05.2018 - 09:21

Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış bütün müqavilələrə yenidən baxır və milli maraqlarına zidd bütün müqavilələrdən çıxacaq.

Cumhuriyyet.net saytı APA-ya istinadən xəbər verir ki, bunu bu gün Kiyevdə SSRİ dövründə siyasi repressiya qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Ukrayna prezidenti Petr Poroşenko bildirib.

P. Poroşenko deyib ki, Ukrayna əminliklə Rusiyanın təsir sferasından çıxır: “Ukrayna həmişə, hələ 1991-ci ildən  MDB-yə üzvlüyə imperiyadan sivil qaydada “boşanma” vasitəsi kimi baxıb. Ancaq Rusiyanın günahından bunun sivil qaydada həyata keçməsi alınmayıb. Moskva MDB-ni Kremldən idarə edilən imperiyaya çevirməyə çalışıb. Buna görə də Ukrayna MDB-nin Nizamnaməsini ratifikasiya etməyib və MDB-nin tam hüquqlu üzvü olmağa hazırlaşmayıb. Biz Ukraynanın heç vaxt daxil olmadığı yerdən çıxa bilmərik. Ancaq biz MDB-nin koordinasiya orqanlarında iştirakımızı dayandırırıq”.

Qeyd edək ki, P. Poroşenko dünən Ukraynanın MDB orqanlarındakı nümayəndələrinin geri çağırılması barədə fərman imzalayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=119110

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728