Saakaşvili Gürcüstan baş nazirinin istefası barədə

14.06.2018 - 14:41

Milyarder və “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanaşvilinin təyin etdiyi Gürcüstan baş naziri Giorgi Kvirikaşvili Marneuli sakinlərinə qarşı divan tutduqdan sonra istefa verib.

Oxu.Az xəbər verir ki, bu sözləri “Vahid Milli Hərəkat” partiyasının yaradıcısı və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

Saakaşvili hesab edir ki, Kvirikaşvili istefa qərarını iyunun 12-də İvanaşvili ilə görüşündə səsləndirib.

Baş nazir təkidlə milyarderin istefa təklifini rədd edib, ancaq bir gün sonra vəziyyət tamamilə dəyişdi. Buna səbəb Marneuli sakini ilə bağlı baş verən hadisə oldu.

Tbilisidə etiraz aksiyasında Marneuli sakini Elçin Allahverdiyev adlı şəxs “Facebook” üzərindən canlı yayım edərək Teymur Abazov və “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi videogörüntü sosial şəbəkədə yayılıb.

Son vaxtlar Gürcüstan baş naziri tez-tez müxalifətin tənqidlərinə məruz qalıb.

Təkcə may ayında Kvirikaşvilinin istefası Tbilisidə keçirilən iki ayrı mitinqdə tələb olunub. Əvvəlcə Kvirikaşvilinin Tbilisidə polisin gecə klublarında həyata keçirdiyi əməliyyatlara etiraz olaraq baş tutan aksiyalardan getməsi tələb edildi.

İki həftə sonra isə 16 yaşlı Levan Dadunaşvili və David Saralidzenin qətlinin düzgün araşdırılmadığını iddia edən kütlə baş nazirin istefasını tələb etdi.

Saakaşvilinin fikrincə, bütün bunlar Kvirikaşvilinin siyasi imicinə təsir etdi, ancaq Marneulidəki hadisənin görüntüsü baş nazirin “arxa qapıdan getməsinə” səbəb oldu.

“Dünən İvanaşvili Kvirikaşvilinin istefasını tələb etdi, ancaq o, bundan imtina etdi. O, yaxşı bilirdi ki, bütün bunları İvanaşvili edib. Bundan sonra o, arxa qapıdan qaçdı”, – Saakaşvili “Rustavi 2” telekanalına bildirib.

Saakaşvilinin fikrincə, İvanaşvilinin hakimiyyətinin sona çatmasına az qalıb:

“İndi səfərbərlik vacibdir. Müxaliflər bir olmalıdır və biz Gürcüstana inkişafı qaytaracağıq. Ölkəni gürcü xalqına qaytarmaq lazımdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120431

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930