Türkiyə İsrailə etiraz etdiyi üçün Paraqvayda səfirliyini açacaq

07.09.2018 - 11:37

Türkiyə Paraqvayda öz səfirliyini açmaq qərarına gəlib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu cümə axşamı Cənubi Amerika ölkəsinin xarici işlər naziri Luis Kastilyoni bildirib.

Ankara bu qərarı Asunsyonun İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə (Yerusəlim) köçürməkdən imtina etdikdən bir gün sonra qəbul edib.

“Mənə yenicə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu zəng etdi və münasibətlərimizin möhkəmləndirilməsi və ticarət dövriyyəsinin artırılması üçün Paraqvayda öz səfirliklərini açmaq istədiklərini bildirdi. Mən ölkələrimizi daha da yaxınlaşdıracaq bu addıma görə onlara minnətdaram”, – deyə Kastilyoni öz “Twitter” mikrobloqunda yazıb.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu ölkənin Paraqvaydakı səfirliyinin bağlanması barədə sərəncam imzalayıb. Buna Cənubi Amerika ölkəsinin Tel-Əvivdəki səfirliyini Qüdsə köçürməkdən imtina etməsi səbəb olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=122413

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728