Poroşenko Putinə təşəkkür etdi
Ukrayna Prezidenti Pyotr Poroşenko CNN kanalında Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.
Oxu.Az xəbər verir ki, o, ölkəsinin indi daha çox Avropaya yaxınlaşdığını dilə gətirib:
“Beş il öncə sadəcə 33% ukraynalı Avropaya inteqrasiyanı dəstəkləyirdisə, artıq bu rəqəm 74% olub. Bunu kim etdi? Təbii ki, Putin. Buna görə ona təşəkkür edirəm”.
“Əsla, Rusiya İmperiyasına qayıtmayacağıq”, – deyə Poroşenko əlavə edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=123142