Gürcüstanın yeni prezidenti Azərbaycana niyə arxa çevirir: XRİSTİAN HƏMRƏYLİYİ – Təhlil

20.02.2019 - 01:14

Gürcüstanın iqtisadiyyat naziri Georgi Kobuliya Tiflisin “Qazprom”la danışıqlara başladığını bu günlərdə bildirəndə – nəticədə Gürcüstan ərazisindən Ermənistana qaz tranziti haqda müqavilənin yeni şərtləri müəyyən edilməlidir – bunda qəribə heç nə yox idi.

Qabaqkı sazişin müddəti ötən ilin dekabrında bitib. Gürcüstan 2017-yədək Rusiyanın Ermənistana tədarük edilən ümumi qaz həcminin 10%-i traniztə görə ödəniş kimi alırdı. Bu, Tiflisi o vaxt qane edirdi. Onun qaz ehtiyacını bütünlükdə Azərbaycan ödəyirdi. Hətta Gürcüstan Azərbaycanın əsas energetika infrastrukturunun – Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan, Cənub Qaz Dəhlizinin keçdiyi yeganə ölkədir. Bu, gürcülərə xeyli dividend gətirir, daha nə lazımdır? Amma nazir Kobuliya önəmli dəqiqləşdirmə edərək bildirib ki, “Ola bilsin, Gürcüstan tədarüklərin şaxələndirilməsi qəsdilə Rusiya qazını alar”.

Rusiya ilə müqavilə isə fevralın sonunda imzalana bilər. Amma qabaqlar deyirdilər ki, Tiflisə “Rusiya qazı gərək deyil, çünki Azərbaycanınkı tam bəs edir”.

Və birdən Gürcüstan KİV-lərində yerli ekspertlərin “Rusiya qazının Azərbaycanınkını keyfiyyətcə üstələdiyi”, bir də “Qazprom”un təklif etdiyi qiymətlərin Azərbaycanınkı ilə tutuşdurula bilən olduğu haqda fikirləri meydana çıxıb (bəzi məlumatlara görə, Azərbaycan qazının Gürcüstan üçün qiyməti hər min kubmetrə 110 dollar təşkil edir). Ağla gələn nəticə: Tiflis, qabaqlar olduğu kimi, Bakı ilə Rusiya kartını oynayaraq Azərbaycanın qaz tədarükü qiymətlərini vurmağa çalışır. Bu problemi prinsipcə texniki danışıqlar yoluyla həll etmək olar. Gürcü ekspertləri sıradakı məlumatları göstərirlər: Tiflisin Rusiyadan almaq niyyətində olduğu 20% və ya 400 milyon kubmetr “cüzidir və Gürcüstan bazarındakı havanı müəyyən edə bilməz” və “bu, Azərbaycanı narahat etməməlidir”.

Amma Bakıda nədənsə əsəbiləşməyə başlayıblar. Ola bilsin, Gürcüstanın qaz tədarükünün şaxələndirilməsi üzrə manevrlərinin arxasında yenə də “böyük siyasət”in durduğundan şübhələnərək.

Məsələ burasındadır ki, Tiflis və Ankara ilə “ürək dostluğu”na baxmayaraq, Azərbaycan Gürcüstan bölgəsində İrəvanı bloklamağa belə də nail olmayıb – eynilə Ermənistanı İrana bağlayan “həyat yolu”nu ləğv edə bilmədiyi kimi. Bu yol, hər şeyə əsasən, hətta Tehranın Amerika sanksiyalarının basqısı altında olduğu şəraitdə də işi davam etdirəcək. Maraq doğuran geopolitik durum yaranır. Avropa Birliyi nəinki Amerikanın İrana qarşı sanksiyalarına qoşulmayıb, həm də Gürcüstana qəyyumluq edir, onun enerji resursları alqısının şaxələndirilməsi siyasətini dəstəkləyir. Bakı Salome Zurabişvilinin Gürcüstanda prezident seçkilərindəki qələbəsindən sonra isə birdən duyub ki, bu ölkədə sosial-iqtisadi və siyasi proseslər üzərindəki qabaqkı nəzarəti itirir. Azərbaycan hətta Gürcüstanın “qaz satqınlığı” haqda danışmağa başlayıb, eyni zamanda isə “Avropanın energetik təhlükəsizliyini təmin edir”.

Bundan başqa, Azərbaycan deputatı Rasim Musabəyovun “Vasili Geladze ilə Böyük Oyun” verilişinin efirində söylədiyi kimi, məlum olur ki, “Gürcüstanla münasibətlərdə kifayət qədər tez-tez belə alınır ki, Azərbaycanın danışacağı kimsə yoxdur”, “Gürcüstan ictimai düşüncəsində isə belə bir dominant formalaşıb ki, ölkə, az qala, Avropanın bir addımlığındadır, Azərbaycan isə ora tələsmir və belə çıxır ki, müəyyən mənada yollarımız bir deyil”.

Onun sözlərinə görə, “Biz Gürcüstanda mahiyyətcə gürcülərin istifadə edə bilməyəcəyi Qali üzərindən dəhliz açmaq üçün motivasiya görmürük (Gürcüstan və Rusiya arasında Abxaziya və Cənubi Osetiya üzərindən yeni buraxılış məntəqələrinin açılması haqda müqavilə hazırlanmasının başa çatdığı nəzərdə tutulur-S.T.)”. Və sonra: “Əlbəttə ki, Gürcüstanın indiki rəhbərliyinin siyasi məqsədləri, bölgəsəl siyasətə baxışlarımızın nə qədər üst-üstə düşmədiyi haqda düşünməyə başlayırıq, biz bunu dəqiq anlamalıyıq ki, öz xarici siyasətimizi quraq”.

Musabəyov Azərbaycanın bölgədə siyasi durumu dəqiq duyan və baş verən geniş geopolitik proseslərlə bağlı yeni amillərin meydana çıxdığını qeydə alan məşhur politolqolarından biridir. Burada problem Tiflisin Moskvanın xeyrinə seçim etməyə hazırlaşdığında deyil, xristian Avropasına sarı fəal meyl götürməyində və Azərbaycanla münasibətlərində Bakının gizli siyasi anlamda qavradığı “rasional eqoizm” göstərməyə başlamağındadır. Gürcüstanın yeni prezidenti məntiqə görə özünün ilk xarici səfərini Azərbaycana etməliydi. Amma o, Avropaya yollanıb ki, Musabəyova görə, bu da “dövlət başçıları arasında şəxsi məhrəm münasibətlərin itdiyi”nə örnəkdir, “bunu nazirlər özəl dəstəkləmirlər” və “bu şərait baş verən hadisələrə böyük dramatizm verir”.

Sonra nə olacaq? Azərbaycan hökuməti hələlik gözləyir. Yeri gəlmişkən, Bakının “haqqin.az” portalı hələ Gürcüstanda prezident seçkisi kampaniyasının gedişində “Zurabişvilinin qələbəsi halında Gürcüstanda antiazərbaycan müxalifət platsdarmının yaradılmasına cavab kimi Saakaşvili tərəfdarlarına Azərbaycanda özlərinin effektli və strukturlaşmış institutlarını, birbaşa Azərbaycan-Gürcüstan sərhədinin yanında müqavimət platsdarmları yaratmaq imkanı verməyə” çağırıb. Belə ki, vaxt keçdikcə Bakı Gürcüstanda öz siyasi rıçaqlarını işə sala, orada siyasi müxalifətin fəaliyyətini aktivləşdirə bilər ki, hadisələrin gedişinə təsir etsin. Amma bölgədə sadəcə siyasi və iqtisadi prioritetlərin yenidən formatlandırılması səbəbindən buna nail olmaq çətin olacaq. Türkiyə Yaxın Şərq böhranına ilişib qalıb və Cənubi Qafqaz meydanında təsir resursları məhduddur. İran Azərbaycanın tərəfində oynamayacaq. Moskvanı qoşmaq da alınmayacaq, Bakı məqamı əldən buraxıb. Gürcüstanın Rusiya ilə iqtisadi əməkdaşlığı genişləndirməyə sarı trendi gec-tez onu dəmiryol və şosse kommunikasiyalarının açılması vasitəsilə Ermənsitanla əməkdaşlığın genişləndirilməsinə gətirəcək. Bu zaman Abxaziya və Cənubi Osetiyanın statusu məsələsi mötərizədən qırağa çıxarılacaq.

…Tiflis isə Roma imperiyasındakı “tarixi kökləri”ni xatırlayaraq Avropaya can atır. Gürcü politoloqu İrakli Çxeidzenin dediyi kimi, bu, yəqin, o haldır ki, “canavarı nə qədər bəsləyirsən-bəslə, yenə də xristian həmrəyliyini üzə verəcək”. Qalanı siyasi sxolastika və statistikadır.

Stanislav Tarasov, regnum.ru, 19.02.2019 (Tərcümə Strateq.az-ındır).

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126951

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930