“Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” – Donald Tusk

09.07.2019 - 17:50

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur, yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun siyasi yolla həll oluna bilər”.

“Report” xəbər verir ki, bunu Avropa İttfaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüşün yekununda deyib.

“Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin Helsinki Yekun Aktının başlıca prinsiplərinə əsaslanan ədalətli və dayanıqlı çözümə yönələn səylərini hərtərəfli dəstəkləməyə davam edir”, – D.Tusk qeyd edib.

“Bütövlüklə gərginliyin səngiməsindən razıyıq, amma təmas xəttindəki son ölümlərdən həmsədrlər kimi biz də narahatlıq keçiririk. Sülhə yol açan, səmərəli danışıqlar üçün zəmin yaradan ab-havanın bərpası ilə yanaşı, təmkinli olmaq da mühümdür. Aİ də sülhün bərqərar olunmasına dair addımları dəstəkləyərək əhalini barışığa hazırlamaqla bağlı konkret tədbirlərə dəstək verməyə hazırdır”, – AŞ-nin rəhbəri vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=129277

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728