Rusiya Yerevana satdığı qazın qiymətini 200 dollara qaldırır
Ermənistan hakimiyyəti Rusiya ilə qaz qiymətləri mövzusunda apardığı danışıqların detallarını gizlədir.
Məlumatı “Jamanak” qəzeti yayıb.
“Danışıqların detalları erməni tərəfi üçün elə də xoş deyil. Bizim məlumatımıza görə, Rusiya tərəfi 1 yanvar 2020-ci ildən etibarən qaz qiymətlərini 200 dollara qədər artırmaq niyyətindədir”, – deyə nəşr bildirib.
Qeyd edək ki, hazırda Rusiya Ermənistana qazı 165 dollara satır.
Short URL: http://www.cumhuriyyet.net/?p=129291