“Bu, doğru qərar idi” – CHP liderindən Ərdoğana dəstək

15.07.2019 - 13:39

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıçdaroğlu ABŞ-la yaşanan “S-400” gərginliyi barədə açıqlama verib.Teleqraf.com xəbər verir ki, CHP lideri Türkiyənin Rusiyadan əvvəl ABŞ-dan “Patriot” sistemləri almaq istədiyini, amma buna nail ola bilmədiyini bildirib.

“F-35” məsələsi və NATO ilə münasibətlər önəmlidir, amma bu coğrafiyada hava hücumundan müdafiə sistemlərinin zəif olması qəbuledilməzdir. Sistemlərin gücləndirilməsi və bu çərçivədə “S-400”-lərin alınması vacib idi”, deyən Kılıçdaroğlu qeyd edib:

“ABŞ-ın sanksiyaların nə olacağını bilmirəm, amma Türkiyə müdafiə sistemini gücləndirir deyə sanksiya tətbiq etmək qəbuledilməzdir. Biz bunu doğru hesab etmirik. Türkiyə indiyədək xaricdən asılılığını azaldıb öz müdafiə sistemini gücləndirə bilməmişdi”.

Əlavə edək ki, ABŞ və bir sıra NATO üzvü dövlətləri Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və bu ölkəni sanksiyalarla hədələyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=129486

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728