NATO hesabatında təsadüfən ABŞ-ın Avropadakı nüvə silahının yeri göstərildi
Birləşmiş Ştatların Avropadakı nüvə silahları Belçika, İtaliya, Almaniya, Hollandiya və Almaniyada yerləşdirilib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə NATO Parlament Assambleyasının təsadüfən açıqladığı məxfi hesabatda deyilir.
“Nüvə qarşıdurmasının yeni erası. Müttəfiqlərin silahlanması və nüvə qüvvələrinin modernizasiyası və nəzarət olunması” adlı həmin sənəd NATO PA-nın Kanadadan olan bir üzvü tərəfindən bu ilin aprel ayında hazırlanıbmış. Lakin mətbuat ona yalnız aylar keçdikdən sonra diqqət yetirib. Hesabatda ABŞ-ın “qoca qitə”də 150 ədəd nüvə başlıqlı raket yerləşdirdiyi göstərilir.
“Bu bombalar ABŞ-ın Avropadakı bazalarında, konkret olaraq isə Belçikada Kleine Brogel, İtaliyanın Aviano və Ghedi Torre, Hollandiyanın Volkel, Almaniyanın Buchel və Türkiyənin İncirlik bölgələrində yerləşdirilib.
Bununla bağlı ilk xəbər Belçikanın “De Morgen” qəzetində verilsə də, sonradan material silinib.
NATO-dakı bir qaynaq “The Washington Post” qəzetinə sənədin rəsmi olmadığını və alyansın nüvə potensialı barədə gedən xəbərləri şərh etməyəcəklərini söyləyib.
Qərb mətbuatı ABŞ-ın Avropadakı nüvə silahı barədə informasiyaların əvvəllər də sızdığını bildirir. Məsələn, 2009-cu ildə, ABŞ-ın Almaniyadakı səfiri Fil Merfi göndərdiyi diplomatik məktubda həmin ölkələrdə silahı nə qədər saxlaya biləcəkləri barədə yazmış və bu sənəd də gün işğına çıxmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=129692