Tramp Fransanı hədələdi

27.07.2019 - 12:24

ABŞ hökuməti yaxın vaxtlarda Parisin Amerika şirkətlərinə qarşı “rəqəmsal vergi” tətbiq etməsi ilə əlaqədar cavab tədbirləri görəcək ki, bu da çox güman ki, Fransanın şərabçılıq sahəsinə aid olacaq.

TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, “Fransa yenicə Amerikanın gözəl texnologiya şirkətləri”nə qarşı rəqəmsal vergi tətbiq edib.

“Onlara qarşı vergi tətbiq etmək lazım gələrsə, bunu onların doğma ölkəsi ABŞ edə bilər. Biz tezliklə Makronun ehtiyatsızlığı ilə əlaqədar əhəmiyyətli cavab tədbirlərini elan edəcəyik”, – deyə Tramp yazıb.

“Mən həmişə demişəm ki, Amerika şərabı Fransanınkından yaxşıdır”, – deyə prezident sanksiyaların hansı sahəyə aid olacağına işarə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=130403

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728