Vladimir Jirinovski: “30 il əvvəl mən də SSRİ-ni müdafiə edirdim”

27.07.2019 - 16:53

Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski kommunist rejimin 1991-ci ildə çökməsinin səbəblərini açıqlayıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, radikal siyasətçi sözlərini əsasən Kommunist partiyasının sədri Gennadi Züqanova ünvanlayıb.

“Sovet hakimiyyəti 73 il sizin hər şeyinizi istismar edib, biz isə onu sevirdik. Siz hələ sizə olan nifrətin mənbəyini bilmirisiz? Bizi sizlər bu arzudan, böyük Sovet İttifaqından məhrum etdiniz. İndi isə “Hər şey pisdir”, “bərbaddır” deyə fəryad edirsiniz,- deyə V.Jirinovski bildirib.

RLDP sədri SSRİ-nin vaxtilə elə özünün zibil içində olduğunu deyib:

“Bu indiki zibillər hardan gəlir? Hardadır sizin Sovet İttifaqı ərazisi boyunca zibil emalı zavodlarınız? Mən özüm doğma şəhərimdə həyətdə yaşayırdım və zibilləri at arabası ilə daşıyırdılar… ona görə də danışmaq lazım deyil…”.

Vladimir Jirnovski sovet dövründəki bərbad iqtisadi vəziyyəti də kommunist liderin yadına salıb.

“İstər aptek, istər mağaza, istərsə də hamam olsun. Fərq etməz. Hər yerdə böyük növbə var idi. Sizi bir bu növbələr, bir də “pripiska”lar (məhsulların və iqtisadi göstəricilərin şişirdilməsi-red.) bitirdi. Nə vaxt ki xalq acından öldüyünü, mağazaların boş olduğunu gördü, o zaman hər şeyin yalan olduğunu anladı.

İndi ölüm sayında artım yoxdur, sadəcə uşaq doğan yoxdur. Bəz sizin hesab-kitabınız hanı? Siz ki riyaziyyatçısınız, Gennadi Andreyeviç, ali məktəbi də bitirmişdiniz. Lakin niyə Moskvaya gəldiniz?”,-deyə Jirnovski siyasi rəqibinə müraciət edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=130468

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728